“Sumqayıt” monteneqrolu futbolçu transfer etdi

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Gənclik şəhəri" təmsilçisi monteneqrolu futbolçu Miloş Miloviç ilə 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı müdafiəçi komandada 95 nömrəli formada çıxış edəcək.

“Sumqayıt” bu yay Rəhim Sadıxov, Fernando Medeyros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşkın, Silvanus Nimeli və Alan Diasın da keçidini reallaşdırıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar