Zümrüd Ağayevaya UEFA-dan növbəti təyinat

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sports.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Moldova - İsveç oyununun UEFA nümayəndəsi olacaq.

Sentyabrın 10-da Moldovanın Nisporeni şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar