Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar bəlli oldular

Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar bəlli oldular

Respublika Şahmat Mərkəzində təşkil edilən kişi və qadınlar arasında birinci dəstədə mübarizəyə yekun vurulub.

Sports.az xəbər verir ki, seçmə xarakter daşıyan turnirdə kişilər arasında ilk 5, qadınlar arasında isə ilk 2 yeri tutan şahmatçılar Azərbaycan çempionatına vəsiqə qazanıblar.

7 xal toplayan Murad İbrahimli yarışın qalibi olmaqla yanaşı, həm də Azərbaycan çempionatında iştirak hüququ əldə edib. Hərəyə 6 xal toplayan və müvafiq olaraq 2-5-ci yerləri bölüşən Kənan Qarayev, Süleyman Süleymanlı, Ümid Aslanov və Paşam Əlizadə kişilər arasında Azərbaycan çempionatında mübarizə aparacaqlar.

Qadın şahmatçılardan hərəyə 7,5 xal toplayan Lalə Hüseynova və Məryəm Ağaverdiyeva yarışı 1-2-ci yerlərdə başa vurmaqla ölkə çempionatına vəsiqə əldə ediblər.

Yarışın mükafat fondu 10 min manat təşkil edib. Kişilərin və qadınların yarışında birinci yerin sahibləri müvafiq olaraq 2500 və 1200 manat mükafata sahib çıxıblar.

Kişi və qadınlar arasında Azərbaycan çempionatı yanvarın 31-də start götürəcək.

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar