“Zirə” “Neftçi”yə, “Sabah” “Turan Tovuz”a qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.

Sports.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

Əvvəlcə “Zirə” “Neftçi”ni qəbul edəcək. Turun qapanış matçında isə “Sabah”la “Turan Tovuz” üz-üzə gələcəklər.

Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”i (1:0), “Şamaxı” “Sumqayıt”ı (1:0), “Qarabağ” isə “Səbail”i (2:1) məğlub yola salıb.

Misli Premyer Liqası
6-cı tur

15 sentyabr

“Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
Zirə İdman Kompleksinin stadionu. 18:00.

“Sabah” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
“Bank Respublika Arena”. 20:30.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar