“Qəbələ”də yeni hücumçu

“Qəbələ” daha bir transferini gerçəkləşdirib.

Sports.az xəbər verir ki, əyalət klubu Elşad Tağıyevlə anlaşıb.

“Qəbələ” akademiyasının yetirməsi olan 23 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Futbolçu daha öncə “Turan Tovuz” və “Səbail”in əsas komandalarında çıxış edib. “Neftçi”nin əvəzedici heyətində də forma geyinən Elşadın son komandası “Şamaxı” olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar