Elxan Məmmədov FIFA-da yeni vəzifəyə təyin olunub

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.

Sports.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib.

AFFA-nın sabiq icraçı vitse-prezidentinin müavini isə İsveçrə millisinin sabiq yarımmüdafiəçisi Jelson Fernandeş olub.

Məmmədov noyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar