“Qəbələ” və “İmişli”dən darmadağın

1-ci Liqada 2-ci tura yekun vurulub.

Sports.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Baku Sportinq” - MOİK matçında qapılara qol vurulmayıb. “Qəbələ” səfərdə “Qaradağ Lökbatan”ı, “İmişli” isə “Difai”ni böyük hesabla yenib.

1-ci Liqa
2-ci tur

19 sentyabr

“Qaradağ Lökbatan” – “Qəbələ” 0:5
Qollar: Domi Massumo, 12; 38. Fərid Nadirov, 16-öz qapısına. Eşqin Əhmədov, 47. Abdullahi Şuaybu, 51.
Hakimlər: Səbuhi Bayramov, Asiman Əzizli, Tərlan Talıbzadə, Sənan Bayramzadə.

“Baku Sportinq” – MOİK 0:0
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Orxan İbişov, Nazim Abdullayev.

“Difai” – “İmişli” 0:4
Qollar: İdris İnqilablı, 12; 58. Kamil Hüseynov, 17-öz qapısına. Bahadur Həziyev, 90.
Hakimlər: Vüqar Həsənli, Sənan Atayev, Nurlan Əhmədzadə, Rəsul Babayev.

Turun digər oyunları:
“Cəbrayıl” – “Zaqatala” 0:0
“Mingəçevir” – “Karvan” 1:3
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar