Təyyarəmizə eniş izni verməyən keçmiş futbolçu olub

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarə barədə yeni təfərrüat məlum olub.

Sports.az xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Bildirilib ki, 25 dekabr Aktauda qəzaya uğrayan təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən dispetçer “Terek” (indiki “Axmat”) klubunun keçmiş futbolçusu Əli İdrisov olub.

O, dünən axşam AZAL-ın qəzaya uğrayan təyyarəsinə görə, Qroznıda Rusiya İstinaq Komitəsinin müstəntiqləri tərəfindən dindirilib. 

Dindirilmə zamanı Əli İdrisov bildirib ki, o, təyyarənin enişi zamanı pilotsuz uçuş aparatlarının hücumu və ya hava hücumundan müdafiə tədbirləri ilə bağlı məlumatlı olmayıb. “Kavyor” planı barədə isə faciə baş verəndən 5 dəqiqə sonra məlumat alıb. (qafqazinfo.az)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar