“Şamaxı”dan növbəti transfer

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Komanda yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmasının sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar