Mustafayevə Azərbaycan klublarından təklif var

Azərbaycan millisinin "Polesye"də (Ukrayna) oynayan üzvü Emil Mustafayev klubunu dəyişə bilər.

Sports.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, Odessanın "Çernomorets" klubu 22 yaşlı yarımmüdafiəçini icarəyə götürməyi nəzərdən keçirir. Lakin bu, kluba tətbiq edilən transfer qadağası aradan qaldırıldıqdan sonra mümkün ola bilər.

Həmçinin xəbərdə qeyd olunub ki, Emilə Azərbaycan klublarından da təklif gəlib. Mustafayevin artıq həm Azərbaycan millisində, həm də Ukrayna klublarında təcrübəsi var ki, bu da onu bir neçə komanda üçün cəlbedici namizədə çevirir.

Emil ötən ilin mart ayından Azərbaycanın əsas millisində oynamağa başlayıb. O, klub karyerasında isə daha əvvəl Ukraynanın "Aleksandriya" komandasının formasını geyinib. Mustafayev cari mövsümdə "Polesye"nin heyətində 12 matça çıxıb, 1 qolun ötürməsini verib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar