“Şükürlər olsun ki, qələbə qazandıq” - Qurban Qurbanov

“Şükürlər olsun ki, qələbə qazandıq” - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, təcrübəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında səfərdə qazanılan tarixi qələbədən danışıb:

"Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyrimzə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir. Onlar topla çox yaxşı rəftar etməyi bacarırlar. Oyundan əvvəlki mətbuat konfransında futbolçularımın çətinlik çəkəcəyini demişdim. Şükürlər olsun ki, qələbə qazandıq. "Benfika"ya qarşıdakı matçlarda uğurlar arzu edirəm".

"Benfika" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər
“Qalatasaray” Almaniyada darmadağına üzüldü
ÇL: Azərbaycan komandaları növbəti oyunlarını keçiriblər
Berdıyev “Turan Tovuz”un futbolçusuna forma hədiyyə etdi
“Qarabağ”ın rəqibi “Bayer” üzərində qələbəni əldən verdi
Millimizin futbolçusu əməliyyat olundu
Azərbaycan millisindən Moldovada ardıcıl ikinci qələbə
Haland komanda yoldaşı Doku haqda qənaətini açıqladı
“Qarabağ” Şeydayevi transfer etdiyini açıqladı
David Rayya həmkarı Canluici Donnarumma haqda danışdı
“Səbail”dən növbəti qələbə
Vlahoviçə Milan nəhəngləri iddia edirlər
Dovbik Səudiyyə Ərəbistanına yollana bilər
Slot Virtsin cari idman forması ilə bağlı açıqlama verdi
“İnter”in gənc forvardı valeh olduğu hücumçunu açıqladı
“Vulverhempton” baş məşqçisi ilə əməkdaşlığını davam etdirəcək
Upamekano “Bayern”də xoşbəxtdir
Kuzyaev Rusiyaya qayıda bilər
Slot İsakın “qırmızılar” üçün debütünü şərh etdi
Azərbaycan güləşçisi DÇ-də bürünc medal qazana bilər
“Benfika” Mourinyo ilə müqavilə imzaladı
Çempiondan ilk oyunda heç-heçə
PSJ-nin futbolçusu Mbappenin rekordunu təkrarladı
Teymur Rəcəbov Formula 1 pilotları ilə şahmat oynadı
Millimiz Monteneqro yığmasına qalib gəldi
Formula 1 pilotları Bakı Şəhər Halqasında hazırlığa başlayıblar
İtaliya superkuboku Səudiyyə Ərəbistanında
Bakıda “Olimpiya Günü” qeyd olundu
“Sərhədçi” yeni basketbolçu transfer etdi
Azərbaycanı DÇ-də təmsil edəcək şahmatçılar müəyyənləşdi
Salahdan unikal nailiyyət
DAHA ÇOX

Ən çox oxunanlar