“Kür-Araz”ın futbolçularına 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda 2-ci Liqanın 2-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Ağdaş” – “Şirvan” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.
“Ağdaş” – “Şirvan” oyununun 69-cu dəqiqəsində “Ağdaş” komandasının heyətində 21 nömrəli futbolçu Eşqin Vəliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Ağdaş” komandası 50 manat cərimə edilib.
“Ağdaş” – “Şirvan” oyununda stadionun otaqlarında oyun günü planı olmadığına görə “Ağdaş komandası” 100 manat cərimə edilib.
“Ağdaş” – “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib.
“Göygöl” – “Kür-Araz” oyununun 62-ci dəqiqəsində “Kür-Araz” komandasının heyətində 9 nömrəli futbolçu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Kür-Araz” komandası 1000 manat cərimə edilib.
“Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının heyətində 14 nömrəli futbolçu Elnur Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Kür-Araz” komandası 1000 manat cərimə edilib.
“Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının heyətində 3 nömrəli futbolçu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Kür-Araz” komandası 1000 manat cərimə edilib.
“Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının vitse-prezidenti Rasim Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Kür-Araz” komandası 1000 manat cərimə edilib.
“Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Göygöl” komandasının azarkeşləri meydançaya daxil olduğuna görə “Göygöl” komandası 250 manat cərimə edilib.
“Göygöl” – “Kür-Araz” oyununda stadionun otaqlarında oyun günü planı olmadığına görə “Göygöl” komandası 100 manat cərimə edilib.
“Göygöl” – “Kür-Araz” oyununda topdaşıyanlar davranış qaydalarını pozduğuna görə “Göygöl” komandası 150 manat cərimə edilib.