Azərbaycan futbolu
Berdıyev “Turan Tovuz”un futbolçusuna forma hədiyyə etdi

18.09.2025 | 23:45
Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirən "Turan Tovuz"un futbolçusu Ayxan Hüseynova xatirə hədiyəsi təqdim olunub.
Sports.az xəbər verir ki, yubilyara 100 nömrəli formanı qərb təmsilçisinin idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov və baş məşqçi Kurban Berdıyev təqdim ediblər.
26 yaşlı yarımmüdafiəçinin yubileyi 4-cü tura təsadüf edib. O, "Qəbələ" ilə matçın gedişində meydana daxil olub.
Ayxan Hüseynov 100 qarşılaşmada 13 qola imza atıb. O, Premyer Liqada yalnız bir klubun formasını geyinməklə "Turan Tovuz"da 100 çempionat matçına çıxan ilk oyunçu olub. Oyunçu Premyer Liqada 2022/2023 mövsümündə debüt edib.
Son xəbərlər