ÇL: Azərbaycan komandaları növbəti oyunlarını keçiriblər

Azərbaycanın minifutbol klubları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər.
Sports.az xəbər verir ki, ilk olaraq "Aznur" kollektivi meydançaya çıxıb.
Komanda qrup mərhələsinin 2-ci turunda əvvəlcə "Grupo Raxu Oviedo" (İspaniya) kollektivini, daha sonra "Pioneer Group Almaty" (Qazaxıstan) komandasını 3:1 hesabı ilə məğlub edib.
"Birbaşa Bakı" qrup mərhələsinin 3-cü turunda "Red Start Belgrade" (Serbiya) klubuna heç bir şans tanımayıb - 7:0.
"Zirə" - "Red Meat Burger Saloon Afula" (İsrail) matçı isə 2:2 hesablı bərabərliklə yekunlaşıb.
"Aznur" ötən gün "Hoverla Zak Praqa" (Çexiya) ilə heç-heçə edib - 1:1. "Birbaşa Bakı" Rumıniya təmsilçisi "Rımniku Vılça" üzərində qələbə qazanıb (4:1), "Portu" ilə qolsuz bərabərə qalıb. "Zirə" Macarıstanın "Budapeşt" komandasını 2:0, Slovakiya təmsilçisi "Jakmart"ı 2:1 hesabı ilə üstələyib.