“İlk hissənin son dəqiqələrində dözə bilsəydik…” - Ayxan Abbasov

“İlk hissənin son dəqiqələrində dözə bilsəydik…” - Ayxan Abbasov

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransa yığması ilə qarşılaşıb.

Sports.az xəbər verir ki, “Park de Prens”də keçirilən oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov 0:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Oyunun çətin keçəcəyini bilirdik. Rəqibin necə hazırlaşdığını da gördük. İlk hissənin son dəqiqələrində dözə bilsəydik, ikinci hissə bəlkə də, fərqli ola bilərdi. Ümumən, futbolçularıma bugünkü əzmkarlığına görə təşəkkür etmək istəyirəm. Üç gün sonra Ukrayna millisi ilə oyunumuz var. Davam edirik. Belə oyunlar təcrübə yığmaq baxımından vacibdir.

Mahir Emreli düşünürəm ki, bu gün ən yaxşı oyunlarından birini keçirdi. Hücumlarımızın alınmaması rəqibdən asılı idi. Mahir bu gün əzmkar mübarizə apardı.

İlk oyunla ikinci arasında fiziki baxımdan fərq var. Dediyim kimi, heyət genişdir. Dəyişikliklərə ehtiyac olarsa, edəcəyik.

O qolu ancaq Mbappe vura bilərdi. Ustalıq səviyyəsi.. İnanın ki, futbolçularım çox çalışdılar ki, qarşısını alsınlar, amma olmadı. Dediyim kimi, o qolu buraxmasaydıq, bəlkə də, ikinci hissə fərqli ola bilərdi.

İkinci qolda hiss edirdim ki, standart vəziyyətdən qol olacaq. Dəyişikliklərə hazır idik, amma o dəqiqədə qol oldu.

Düşünürəm ki, Xaybulla bu gün ən yaxşılardan idi. Sevinirəm ki, əsas heyətdə yerini möhkəmlədirə bilir. Çox çalışdı, yoruldu. Durumu normaldır, yəqin ki, iki günə bərpa olacaq.

Əvvəlki komandadan danışmaq çətin olar. Amma mən bu komandada olmazdan əvvəl də demişəm ki, millidə inkişaf istəyiriksə, sistem olmalıdır. Futbolçularla qısa zamanda bir yerdəyik və inanıram ki, özümüzə bərabər komandalarla yaxşı nəticələr qazanmaq olar”.

Azərbaycan millisi bu mərhələnin növbəti turunda, oktyabrın 13-də Polşada Ukrayna ilə üz-üzə gələcək.

Son xəbərlər
“Daha çox qol vura bilərdik” - Deşam
“İlk hissənin son dəqiqələrində dözə bilsəydik…” - Ayxan Abbasov
Millimizin rəqiblərinin oyununda 8 qol
Azərbaycan millisi Fransaya məğlub oldu
“Monako” Hütterlə yollarını ayırdı
Alleqri ən yaxşı seçildi
“Milan” hücumçusu ilə müqaviləsinə xitam verməyə hazırdır
Ən sərrast qolçusu Fransa yığmasına qayıtmaq niyyətində deyil
Totti izlədiyi yeganə futbolçudan söhbət açdı
“Abşeron Lions” “Gəncə”yə qalib gəldi
Gənclər yığmamız Çexiyaya böyük hesabla uduzdu
Mbappe Yamalın şəxsi həyatını müzakirə edənlərə səsləndi
Ouen “Mançester Yunaytedi”i kədərli ifadə ilə səciyyələndirdi
Azərbaycan şahmatçıları Ermənistana qalib gəldi
“Tottenhem”in hücumçusu MLS-ə üz tuta bilər
“Bolonya” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
“Ordu”ya qarşı oyunumuz alınmadı”
“Barselona” Yamala layiqli hücum ortağı haqda xəyal edir
“Barselona”nın futbolçusu millinin heyətindən çıxarıldı
“Ordu” “Quba”ya qalib gəldi
Braziliya yığmasından Cənubi Koreyaya 5 cavabsız qol
“İnter” üç veteranı ilə yollarnı ayıracaq
“Araz-Naxçıvan”dan yoxlama matçında heç-heçə
Nəzərovdan tarixi göstərici, AÇ-də ilk və 16 ildən sonra 5 medal
Yüksək Liqada 5-ci turun oyun cədvəli müəyyənləşdi
“Çelsi” oyunçusuna “Real”ın marağından narahat deyil
Premyer Liqada sentyabrın ən yaxşı məşqçisi də bilindi
Milli komandaların baş məşqçiləri arasında ən çox qazanan mütəxəssis bəlli oldu
Premyer Liqada sentyabrın ən yaxşı futbolçusu müəyyənləşdi
“Real” Tçuameniyə “başağrısı” yaratmaq istəyir
DAHA ÇOX

Ən çox oxunanlar