“Daha çox qol vura bilərdik” - Deşam

Fransa yığması bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edib.
Sports.az xəbər verir ki, 3:0 hesabı ilə qalib gələn Fransa millisinin baş məşqçisi Didye Deşamın oyundan sonra mətbuat konfransı keçirilib. Fransalı çalışdırıcı istədikləri nəticəni əldə etdiklərini bildirib:
“İstədiyimiz nəticəni əldə etdik. Amma ilk hissədən o qədər xoşum gəlmədi. Yorğun görünürdük. Sıxıldım. Bir az yavaş hərəkət etdik. Topun qəbulunda səhvlər etdik. İlk hissədə üç dəfə fürsətimiz oldu, amma onlardan yararlana bilmədik. Yorğun görünürdük. Sevincdən atlanmayacam, daha çox qol vura bilərdik.
Kilian Mbappe çox hərəkətlidir. Kapitandır, ümumilikdə yaxşıdır vəziyyət. Kapitan olaraq liderliyi üzərinə götürür. Onun ayaqlarında zədə var və bilirsiz ki, zədə eyni yerdən gəlir.
Hər zaman dərs almaq lazımdır. Komanda şəklində bunu etməliyik. Rəqibi də nəzərə almaq lazımdır. Gəlmişdik işimizi görməyə və daha yaxşısını da edə bilərdik. Hesaba diqqət, oyunları təhlil etməli və dərs çıxarmalıyıq.
Elementar bir oyun idi. Yeddi dəfə imkan var idi, amma üç qol vurduq. Xoşuma gələn bu idi.
Millidə uzun zaman keçdi. Oyunçularımdan çoxu hələ o zaman dünyaya gəlməmişdi. Gözləməliyik, hər zaman məqsədimiz ən uzağa getməkdir. Bunun üçün də hər zaman əlimizdən gələni edirik”.
Fransa millisi bu mərhələnin növbəti turunda, oktyabrın 13-də səfərdə İslandiya yığması ilə qarşılaşacaq.