Azərbaycan futbolu
Azərbaycanlı FIFA referisi İspaniya klubunun oyununa təyinat aldı

21.10.2025 | 13:20
Azərbaycanın FIFA referisi Elçin Məsiyev təyinat alıb.
Sports.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda keçiriləcək "Genk" (Belçika) - "Betis" (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Son xəbərlər