Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının rəhbər şəxslərinin iclası keçirilib

Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının rəhbər şəxslərinin iclası keçirilib

Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının rəhbər şəxslərinin iclası keçirilib. 

Sports.az xəbər verir ki, toplantıda ilk çıxış edən FIDE prezidenti Arkadiy Dvorkoviç ölkələr arasında mədəni və idman əlaqələrinin genişlənməsində şahmatın xüsusi rol oynadığını bildirib. 

İclas zamanı təşkilatın nizamnaməsinin hazırlanması və növbəti il üçün təqvim müzakirə olunub. Eyni zamanda katibliyin idarə olunması o cümlədən təşkilatın maliyyələşməsi ilə bağlı təkliflər irəli sürülüb. 

Ötən il Beynəlxalq Şahmat Federasiyasına üzv qəbul edilən təşkilata hazırda Türkiyə Şahmat Federasiyası rəhbərlik edir.  2026-cı ildən isə Türkdilli Ölkələrin Şahmat Assosiasiyasında sədrlik Qazaxıstan Şahmat Federasiyasına ötürüləcək.  

İclasda təşkilatın katibliyinə rəhbərlik Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimovaya həvalə olunub. 

Qeyd edək ki, Türkiyə 6-14 dekabr tarixlərində Qaziantep şəhərində 16 yaşlılar arasında türkdilli ölkələrin şahmat üzrə komanda yarışını təşkil edəcəyini elan edib.

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar