“Ağır məğlubiyyət oldu” - Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 10-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər matçından sonra fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, o, 2:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda meydançada müdafiə yox, hücuma üstünlük verirdi. Ağır məğlubiyyət oldu. Komanda olaraq, düzgün reaksiya versək, qarşıdakı matçlar bizim üçün faydalı olacaq. Oyunu rahat bitirə bilərdik. Sadəcə məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi. Futbol səhv oyunudur. Çempionat hamı üçün ağırdır. Həmin səhvləri aradan qaldırsaq, qarşıdakı oyunlarda qələbələrə daha yaxın ola bilərik.
Məğlubiyyətə görə günahı sırf müdafiəçilərin üzərinə atmaq istəməzdim. Komanda olaraq boşluqlar verirdik ki, rəqib ondan istifadə edirdi. Fərdi səhvlər var idi. Onu aradan qaldırsaq, komanda kimi müdafiədə daha da yaxşı olacağıq. Elə səhvlərdir ki, onun üzərində işləməliyik. Komanda olaraq daha artığını etməliyik ki, üstün oynadığımız matçı məğlub bitirməyək”.





























