Azərbaycanın iki şahmatçısı mərhələ adladı, ikisi dayandı

Azərbaycanın iki şahmatçısı mərhələ adladı, ikisi dayandı

Hindistanın Qoa ştatında kişi şahmatçılar arasında Dünya Kubokunun 1/64 final mərhələsinə yekun vurulub. 

Sports.az xəbər verir ki, bu mərhələdə Azərbaycanın dörd şahmatçısı mübarizə aparıb.

Aydın Süleymanlı Tailand şahmatçısı Prina Laoxavirapapanı, Nicat Abasov isə özbəkistanlı Muhammedzohid Suyarovanı hər iki görüşdə məğlub edərək mərhələ adlayıb.

Təmsilçilərimizdən Əhməd Əhmədzadə Surye Şexar Qanquliyə (Hindistan) hər iki partiyada uduzaraq Dünya Kubokunu tərk edib. Read Səmədov isə İtaliya şahmatçısı Lorenso Lodiçiyə 0.5-1.5 hesabıyla məğlub olaraq turnirlə vidalaşıb.

Dünya Kubokunda 1/32 mərhələsinə noyabrın 4-də start veriləcək. Bu mərhələdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov və Rauf Məmmədov yarışa qoşulacaq. Məmmədyarov Gerqeli Kantorla (Macarıstan), Məmmədov isə Rasmus Sveynlə (Rumıniya) qarşılaşacaq.

Dünya Kuboku noyabrın 26-da başa çatacaq. Yarışda ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. 

Dünya Kubokunun ümumi mükafat fondu 2 milyon ABŞ dollarına bərabərdir.

Son xəbərlər
"Gəncədə bizi nəyin gözlədiyini bilirik" - Rəşad Sadıqov
Millimizin üzvü Belçikadan təklif alıb?
Cüdo millimizdən rekord nəticə
Palmerlə müqavilə uzadıldı
"Turan Tovuz" 3 xalı 1 qolla qazandı
Daha bir boksçumuz qitə çempionu oldu
Ronaldo millidən kənarlaşdırıldı
"Neftçi" gərgin mübarizədə "Ordu"nu uddu -ABL-də turun nəticələri
"Kür" EHF Avropa Kubokunda mərhələ adladı
"Qarabağ" "İmişli"ni məğlub etdi
"Real"dan qələbə, "Barselona"dan darmadağın
Messi və Suares qocalmaq bilmir
Cəmilə Muradlı Avropa çempionu oldu
"Mançester Yunayted"dən uğursuz start
"İmişli" - "Qarabağ": Heyətlər
"Fənərbağça"dan inamlı səfər qələbəsi
Mingəçevirdə avrokubokun cavab matçı keçiriləcək
1000-ci oyuna aparan yol
"Qarabağ" bu gün 1000-ci oyununa çıxacaq
"Liverpul" - "Mançester Siti" oyunu hansı telekanalda -TV Proqram
"Slaviya" bu oteldə məskunlaşacaq
1000-ə nə qaldı?
"Qaradəniz derbisi" "Trabzonspor"un
"Çelsi"dən darmadağın
Mahir Emrelinin komandası uduza-uduza gedir
"Gəncəbasar" itkisiz irəliləyir
"Kür" APOEL-i darmadağın etdi
Zirədə sülh, Sumqayıtda darmadağın
Avropa Avarçəkmə Federasiyasının prezidenti Su İdmanı Federasiyasında olub
Cüdo üzrə dünya çempionatında daha 2 medal
DAHA ÇOX

Ən çox oxunanlar