“Araz-Naxçıvan”ın ÇL-in 1/8 finalının püşkatmasında yer aldığı səbət müəyyənləşdi

“Araz-Naxçıvan”ın ÇL-in 1/8 finalının püşkatmasında yer aldığı səbət müəyyənləşdi

"Aaraz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasından öncə yer aldığı səbət müəyyənləşib.

Sports.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Reqlamentə əsasən, A yolunda mübarizə aparan və qrup mərhələsini 3-cü pillədə başa vuran, eləcə də B yolunda qrup qalibi kimi mübarizəni davam etdirmək hüququ qazanan komandalar A yolunda yarışmış və yekunda öz qruplarında birinci və ikinci yerləri tutmuş klublarla qarşılaşacaqlar.

Noyabrın 6-da, Bakı vaxtı ilə saat 17:00-da 1/8 və 1/4 final mərhələlərini püşkü atılacaq. 1/8 final oyunları noyabrın 24-də və dekabrın 5-də, 1/4 final matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq. Hər iki mərhələnin iştirakçıları rəqibləri ilə həm doğma, həm də rəqib meydanında qarşılaşacaqlar.

Bundan sonra "dördlər finalı"nın iştirakçıları müəyyənləşəcək. Həlledici mərhələnin oyunları mayın 7-dən 10-dək keçiriləcək.

A yolu, qrup qalibləri

"Kartagena Kosta Kalida" (İspaniya)

"İlles Balears Palma" (İspaniya, ÇL-in son qalibi)

"Benfika" (Portuqaliya)

"Sportinq" (Portuqaliya)

A yolu, qrup ikinciləri

"Pyast Qlivise" (Polşa)

"Etoile Lavalloise" (Fransa)

"Riqa" (Latviya)

"Kayrat" (Almatı, Qazaxıstan)

A yolu, qrup üçüncüləri

"Sportinq Anderlext" (Belçika)

"Semey" (Qazaxıstan)

"Luxol St. Andreus" (Malta)

"Priştina 01" (Kosovo)

B yolu, qrup qalibləri

AEK (Yunanıstan)

"Hyörrinq" (Danimarka)

"Araz-Naxçıvan" (Azərbaycan)

"Hit" (Kiyev, Ukrayna)

Qeyd edək ki, 7-ci qrupun qalibi kimi 1/8 finala vəsiqə qazanan "Araz-Naxçıvan" ilk oyununu Bakıda keçirəcək.

Son xəbərlər
“Bəxtimiz gətirmədi” – Sxadadze
Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi
“Sabah” “Qəbələ”yə qalib gəldi
Keyn “Köln” üzərində qələbəni şərh etdi
Pioli “Fiorentina”dan qovulmağa yaxındır
“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub
ACF məşqçilərin iştirakı ilə ümumrespublika seminarı keçirib
Gəncədə UEFA-nın C kateqoriyalı məşqçi kursu başa çatıb
“Real”ın futbolçusunda xroniki zədə aşkarlanıb
Rafael Ağayev eşitmə məhdudiyyətli karateçilərlə görüşüb
1-ci turdan təxirə salınmış oyunun tarixi bəlli oldu
Hayner növbəti dəfə “Bayern”in prezidenti seçildi
“Everton”un müdafiəçisi uğrunda mübarizə qızışır
“Bayern”dən rekord gəlir
Millimiz Bakıda Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşdi
“Lokomotiv”in ulduzu Fransa nəhənginin diqqət mərkəzinə düşdü
“Quba” və “Şəki Siti”dən heç-heçə, “Dinamo”dan qələbə
“Turan Tovuz”un əvəzediciləri “Sumqayıt”a uduzdu
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
“Barselona” “Bayern”in ulduzunu satın ala bilər
AHF Hakimlər Kollegiyasının növbəti iclası baş tutub
Millimizin oyunlarının başlama saatı açıqlandı
1-ci Liqada 7-ci turun təyinatları açıqlandı
“Cenoa”nın yarımmüdafiəçisi İtaliya nəhənglərinin diqqətini çəkdi
Premyer Liqada 157-ci
Mövsümdə yeni rekord
Nəbiyev “100”ə çatdı
Mikolenkoya müştərilər artır
Ançelotti A Seriyasının cari mövsümünü qiymətləndirdi
DAHA ÇOX

Ən çox oxunanlar