Azərbaycan futbolu
“Qarabağ”ın “Çelsi” ilə oyunu avstriyalı hakimlərə tapşırıldı

03.11.2025 | 14:00
Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun oyununun təyinatları müəyyənləşib.
Sports.az xəbər verir ki, görüş Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sebastyan Qishamer olacaq. FIFA referisinə Roland Riedel və Santino Şreyner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Schuettengruber, AVAR-da Josef Spurny əyləşəcəklər.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Son xəbərlər





























