Azərbaycan futbolu
UEFA Gənclər Liqası: Təmsilçilərimiz növbəti matçlarını keçirəcəklər

05.11.2025 | 11:45
"Sabah" və "Qarabağ" klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti matçlarını bu gün keçirəcəklər.
Sports.az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələsinin 4-cü turunda, Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edəcək.
Oyun "Azərsun Arena"da, saat 15:00-da start götürəcək.
"Sabah" isə UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi "Nant"ı qəbul edəcək. Bu görüş Əlincə sradionunda, saat 17:00-da başlayacaq. "Bayquşlar" səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzub.
Son xəbərlər





























