“Bizim üçün çox çətin gecə oldu” – Mareska

“Çelsi” (İngiltərə) bu gün UEFA Çempionlar Liqasının 4-cü turunda “Qarabağ”ın qonağı olub.
Sports.az xəbər vetir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçdan sonra londonluların baş məşqçisi Enzo Mareskanın mətbuat konfransı keçirilib. İtaliyalı çalışdırıcı 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib:
“Düzgün başladıq, qol vurduq. Daha sonra iki qol buraxdıq. Ona görə də müəyyən dəyişikliklərə getdik. Oyunun gedişi bunu labüd etdi. Bizdə çoxlu oyunçular var. Ona görə də bəzi futbolçuları dincəltmək istədik. Bildiyiniz kimi, təqvimimiz çox sıxdır. Ona görə də rotasiyalar etmək istədik.
Düşünürəm ki, oyunçuların sağlamlığı qaydasındadır. Dəyişliklikləri etməkdə istəyimiz o idi ki, qələbə qazanaq. İkinci hissədə daha yaxşı oynadıq.
Əvvəldən də demişdim, “Qarabağ” çox gözəl komandadır. İki oyunda qələbə qazanmışdılar. “Atletik”lə matçda da yaxşı çıxış etmişdilər. Bu gün çox çətin gecə oldu.
Bəli, yenə deyirəm ki, oyuna başlayanda istəyirik ki, qələbə qazanaq. Amma qələbə qazanmayanda bilirik ki, məyusedici anlar yaşayırıq. İkinci hissədə dəyişikliklər etməkdə qələbə qazanmaq istəyirdik. Səhvlərimiz oldu. Bəzi oyunçularımın etdikləri səhvələr üzərində çalışacağıq.
Bizim heç birimiz bu cür olmasını istəmirdik. Bir xal qazandıq, Çempionlar Liqasında hər şey ola bilər.
Tribunalar mükəmməl, atmosfer əla idi.
“Qarabağ” çox yaxşı pressinq etdi. Ümumiyyətlə, mən fikirləşirəm ki, bizim topa sahib olmağımızda problem yoxdur”.





























