“Hakim səhvi nəticəyə təsir etmədi” – Rəşad Sadıqov

“Hakim səhvi nəticəyə təsir etmədi” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 11-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:

“İlk növbədə Zəfər Günü münasibətilə xalqımızı, dövlətimizi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Zəfərimiz əbədi olsun. Yəqin ki, bu gün əzmkar oyun keçəcəyi hamıya bəlli idi. Qarşımızda təhlükəli komanda var idi. Hücum potensialı ən təhlükəli komandalardan birinə qarşı oynayırdıq. Əks-hücumlarda da təhlükəlidirlər, cinah asmaları təhlükəlidir. Hamısını nəzərə almışdıq. Futbolçularım əzmkarlıq göstərdi. Demək olar ki, rəqibə qol epizodu vermədik. Komandam çox diqqətli oldu və peşəkarlıqla hücumların qarşısını alırdılar. 60-cı dəqiqədən sonra say üstünlüyümüz oldu. Ona qədər bərabər mübarizə şəraitində oyun keçirdi. 100 faizli olmasa da, qol epizodlarımız oldu. Daha böyük qüvvə ilə irəli atıldıq. Sadəcə rəqib qapıçı, müdafiəçilər etibarlı idilər. Uduzsaydıq da, futbolçularımın davranışından razı idim. Bu şəkildə davam etməliyik. Milli fasilədən sonra hazırlaşacağıq ki, istədiyimiz nəticəni əldə edək.

Birinci hissədə epizodlar var idi ki, etiramızı bildirdik. Bizi özümüzdən çıxaran epizod var idi. Uzaqdakı yan xətt hakim qırmızı vərəqə verilməsini dedi. 50 metrdən epizoda müdaxilə etdi. VAR sistemi var. Epizodda "qırmızı"lıq bir şey yox idi. Əliyar bəyin də dərhal qırmızı verməsi ilə hamımız emosional olduq. Oyunun sonunda foullar var idi ki, bəlkə bizim, digər komandaların xeyrinə verilsə, təhlükəli deyil. Amma "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəlidir. Oyunun içində bu məqamlar olur. Hakim səhvi nəticəyə təsir etmədi. Vacib olan budur”.

Son xəbərlər
Hidayət Heydərov Ər-Riyadda qızıl medal qazandı
“Zirə” və “Turan Tovuz”un heç-heçəsi - VİDEO
“Hakim səhvi nəticəyə təsir etmədi” – Rəşad Sadıqov
“Qırmızı vərəqədən sonra işimiz daha da çətinləşdi” - Berdıyev
Azərbaycan üzgüçüsü İslamiadada bürünc medal qazandı
UEFA-nın dəstəyi ilə təşkil olunan “Məktəbli Qızlar” turnirinə start verilib
Zirədə heç-heçə, Sumqayıtda əzmkar qələbə
Azərbaycan cüdoçusu Ər-Riyadda ikinci oldu
“Karvan-Yevlax” “Araz-Naxçıvan”a belə uduzdu - VİDEO
PSJ “Barselona”nın transfer hədəfini ələ keçirə bilər
“Kiminsə əsas heyətdə yeri həmişəlik deyil” - Baxşıyev
“İdman xoşbəxtliyi bizdən yan qaçır” - Azər Həşimov
Azərbaycan derbisi üçün bütün biletlər satıldı
“Real”ın ulduzu London təmsilçisinə qoşula bilər
“Fiorentina”da yeni baş məşqçi
Stolüstü tennisçilərdən İslam Həmrəyliyi Oyunlarına uğurlu start
NTD “Gəncə”yə də uduzdu
“Çelsi” “Real”ın məzununu hədəfə aldı
“Neftçi”nin əvəzediciləri “Şamaxı”ya uduzdu
“Qarabağ” derbilərdə 12 darmadağına imza atıb
Azərbaycan atıcısı DÇ-də gümüş medal qazandı
“Napoli” “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır
Azərbaycan çempionatları tarixində ilk dəfə: Eyni cütün 100-cü görüşü
Əbilova İslamiadada 3-cü oldu
Azərbaycan derbilərində “Qarabağ” qələbə sayında daha üstündür
Deku “Barselona”nın uğurlu çıxış etməsi üçün nəyə ehtiyacı olduğunu açıqladı
Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb
“Qarabağ”la “Neftçi” arasındakı görüşlərdə ən çox qeydə alınan hesablar
“Çelsi” Bundesliqada yeni ulduz tapdı
AHF rəsmisi Avropa Kuboku matçına təyinat aldı
DAHA ÇOX

Ən çox oxunanlar