“Bu gün gördüyünüz “Sabah” mənim görmək istədiyim “Sabah” deyil”

“Bu gün gördüyünüz “Sabah” mənim görmək istədiyim “Sabah” deyil”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 11-ci turunun “Kəpəz”lə oyunundan sonra (3:1) mətbuat konfransında iştirak edib.

Sports.az xəbər verir ki, o, qələbəyə çox ehtiyacları olduğunu bildirib:

“Bütün Azərbaycan xalqını, “Sabah” azarkeşlərini “Zəfər bayram”ı münasibəti ilə təbrik edirəm. Qələbə münasibəti ilə rəhbərliyi, futbolçuları təbrik edirəm. Qələbəyə çox ehtiyacımız var idi. Oyunun məzmunundan heç də razı qalmadım. Çünki biz başlanğıcdan sona qədər çoxlu səhvlər etdik. “Kəpəz”in çox yaxşı oyun planı var idi, uzun toplarla hücumlara çıxırdılar. Müdafiəçilərimiz diqqətli olmaydılar. Oyundan yox, nəticədən məmnunam. Biz daha çoxunu göstərməliydik. Amma üç xal qazanmışıqsa, mühümdür. Çünki bu üç xal sonradan turnir cədvəlində öz əksini tapır.

Bu gün gördüyünüz “Sabah” mənim görmək istədiyim “Sabah” deyil. Standartlardan aşağı çıxış etdik, performansımız istədiyim kimi deyildi. Üç qol vurduq. Oyunçular haqqını verdi. Amma biz daha da yaxşı olmalıyıq.

Turnir cədvəlinə baxmırıq. Mövsümün sonunda turnir cədvəlində fərqliliklər ola bilər. Biz bu günə fokuslanırıq. Hər oyundan sonra fərdi səhvlərimiz varsa, onu fikirləşirik. Mənim üçün ən önəmlisi davamlılıqdır”.

Son xəbərlər
“Qalatasaray” ilk məğlubiyyətinə üzüldü
“Mançester Siti” “Liverpul”u darmadağınla yola saldı
“Sevilya” satılmaq üzrədir
Mbappe Poqbanın futbola qayıdışına ümidini ifadə etdi
“Monako”dan təkzib
Ronaldo “Neom” üzərində qələbəni şərh etdi
Azərbaycanın cüdoçularından İslamiadada daha 5 medal
Azərbaycan ağırlıqqaldıranı İslamiadada 3 medal qazandı
“SFA Federasiya Kuboku 2025” uğurla başa çatıb
Azərbaycanın üç boksçusu İslamiadada finala yüksəlib
Azərbaycan yığması İslamiadada bürünc medal qazandı
Azərbaycanın stolüstü tennis millisi İslamiadanın yarımfinalında!
“Sabah” “Neftçi”yə qalib gəldi
“Qarabağ” “Neftçi”yə belə qalib gəldi - VİDEO
“Elçin Məsiyev elə-belə penalti verməz” - Qurban Qurbanov
“Səfərdə “Qarabağ”a qarşı oynamaq çətindir” - Samir Abasov
Azərbaycan derbisini “Qarabağ” qazandı
Millimiz İslamiadada Türkiyə yığmasına uduzdu
Xudiyev seçmə mərhələ oyununda
“İstəmədiyimiz qolları buraxırıq” - Azər Bağırov
“Yuventus”un türk ulduzu Premyer Liqaya yollana bilər
“Bu gün gördüyünüz “Sabah” mənim görmək istədiyim “Sabah” deyil”
“Kəpəz” “Sabah”a belə uduzdu - VİDEO
Ruy Koşta yenidən “Benfika”nın prezidenti seçildi
“Liverpul”un yarımmüdafiəçisi “Real”a keçmək istəmir
“Abşeron Lions” “Şəki”yə qalib gəldi
“Bayern” “Yuventus”un hücumçusunu diqqətində saxlayır
“Barselona”nın ulduz hücumçusunun “Milan”a keçidinə ehtimal azdır
“Qarabağ”ın əvəzediciləri “Sumqayıt”ı böyük hesabla məğlub etdi
Azərbaycan klubundan Tanzaniya millisinə
DAHA ÇOX

Ən çox oxunanlar