Azərbaycan futbolu
“Neftçi” ukraynalı müdafiəçi gətirir?

25.12.2025 | 12:40
“Neftçi” heyətini əcnəbi oyunçu ilə gücləndirə bilər.
Sports.az “TaToTake” portalına istinadən xəbər verir ki, “ağ-qaralar” Ukraynanın “Polesye” klubunun mərkəz müdafiəçi Danilo Beskorovaynı ilə maraqlanır.
Zədələr səbəbindən 26 yaşlı futbolçu bu mövsüm cəmi 4 oyun keçirib. Jitomir təmsilçisi onun üçün təklifləri qəbul etməyə hazırdır.
“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub artıq Beskorovaynı ilə işləmək təcrübəsinə malikdir. Ukraynalı müdafiəçi əvvəllər onun rəhbərliyi altında “Krivbass”da oynayıb.
Son xəbərlər





























