Azərbaycan futbolu
“Kəpəz” 2026-cı il üçün seçimlərə başlayır

25.12.2025 | 15:20
“Kəpəz” Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.
Sports.az xəbər verir ki, Gəncə klubu 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızları seleksiya məşqlərinə dəvət edir.
Seçimlər 2026-cı il yanvarın 3-ü və 4-də təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.
Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.
Seçimlərdə iştirak etmək istəyənlərdən aşağıda göstərilən mobil nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.
Əlaqə nömrəsi: 051 872 13 15
Son xəbərlər





























