35-ci legioner: amerikalıların 10-cu het-triki

35-ci legioner: amerikalıların 10-cu het-triki

Misli Premyer Liqasının XXVI turu Kamilo Duranın het-triki ilə əlamətdar olub. 

Sports.az xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı hücumçusu “Karvan-Yevlax”la qarşılaşmada (7:0) üç qola imza atıb.

Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov V tura “Araz-Naxçıvan” (5:0), “Qəbələ”nin legioneri Domi Massumo XVIII turda “İmişli” (3:2) ilə görüşdə belə uğura imza atıb.

Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.

Bu, Amerika qitəsindən olan futbolçuların 9-cu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə 2, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya 1 matçda 3 qola sevinib. Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomeşin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.

Son xəbərlər
Dahud “Ayntraxt”dan ayrılacaq
“Qarabağ”da iclas keçirildi
Noyer Messinin rekordunu təkrarladı
Süleyman Ələkbərovdan Qazaxıstanda bürünc medal
Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə
Günün oyunları – TV
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
35-ci legioner: amerikalıların 10-cu het-triki
Felipedən 25-ci qol
Səfərdə 50-ci qələbə: “Sabah” “Şəmkir”ə çatdı
“Sabah” Almaniya təmsilçisinə qarşı
“Betis” Portuqaliyada “Braqa” ilə üz-üzə
Yarımfinal mərhələsi başlayır
1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək
“Olimpiya Oyunlarına gedən yol bu yeniyetmələrdən başlayır”
“Real” “Bayern”ə evdə uduzdu
Azərbaycan millisi 21 medalla komanda hesabında birinci oldu
Dünya Səhiyyə Günü münasibətilə sosial layihə həyata keçirilib
Region Liqası klubları üçün xüsusi iclas
Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi
“Sabah”ın U-18 komandası ÇL-ə məğlubiyyətlə başladı
Luçesku vəfat etdi
“Sabah”dan növbəti qələbə - VİDEO
“Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın
“Barselona” “Mançester Yunayted”in hücumçusu ilə maraqlanır
“Bu oyunda ən azı bir xal qazanmaq istəyirdik”
“Bu gün çox yaxşı qələbə qazandıq” - Dambrauskas
“Monako”nun rusiyalı ulduzu Səudiyyə Ərəbistanına yollana bilər
Millimizdən ardıcıl ikinci qələbə
DAHA ÇOX

Ən çox oxunanlar