“İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram”

“İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə evdə keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Sports.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Üç gün əvvəl bu rəqib üzərində səfərdə gözəl oyunla qələbə qazandıq. Hesabı Andorra açsa da, əzmkar mübarizə apararaq istəyimizə çatdıq. Sabah isə bu komandanı öz meydanımızda qəbul edəcəyik. Qrupu yüksək pillələrdə bitirmək istəyiriksə, sabahkı matçda da mütləq qələbə qazanmalıyıq. Rəqiblə bağlı bütün detalları komanda ilə müzakirə etmişik, lazımi məlumatları vermişik. Düşünürəm ki, qarşılaşmaya tam hazırıq. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram".

C liqasının 3-cü qrupu çərçivəsində aprelin 18-də "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan - Andorra oyunu saat 17:00-da başlanacaq.

Son xəbərlər
Eren Aydın mükafatlandırıldı
“Arsenal” “Nyukasl”ın hücumçusu uğrunda mübarizədə öncüldür
“Turan Tovuz”dan darmadağın - VİDEO
“Məsuliyyəti üzərimə götürürəm” - Demçenko
“Çox çətin və vacib qələbə qazandıq” - Berdıyev
“Çelsi” Kaysedo ilə danışıqlar aparır
“İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram”
“İnter” “Komo”nun ulduzuna iddia edir
“Zirə” “Neftçi”yə qarşı - YENİLƏNİR
“Abşeron Lions”a qarşı oyun bütün mövsümün icmalı idi”
“Şəki” ilə oyunda hücumda çıxışımız yaxşı alındı”
Hidayət Heydərov finalda uduzdu
Əvəzedicilərin yarışında 24-cü turun oyun cədvəli açıqlandı
“Arsenal” “Atletiko”nun ulduzunu satın almaq istəyir
Daha bir komanda yarışdan kənarlaşdırıldı
Millimiz seçmə mərhələdə ardıcıl üçüncü məğlubiyyətini aldı
1-ci liqa klubları cərimələndilər
“Liverpul” “Everton”un hücumçusu ilə maraqlanır
“Abşeron Lions” yarımfinalda
Bernardo Silva gələcəyi ilə bağlı açıqlama verdi
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
“Yuventus” “Tottenhem”in müdafiəçisi ilə maraqlanır
“İnter” türk ulduzu ilə bağlı qərar qəbul etdi
Yarımmüdafiəçisi “Olimpik”dən getməyə yaxındır
Hidayət Heydərov AÇ-nin finalında!
MY “İnter”in yarımmüdafiəçisi ilə maraqlanır
Desayi “Çelsi”nin əsas fəsadı ilə bağlı söhbət açdı
“Qarabağ” azarkeşlərə müraciət etdi
Messi bu klubun sahibi oldu
“Milan” Bennaserlə bağlı qayğılıdır
DAHA ÇOX

Ən çox oxunanlar