“Xəzri” yarımfinalda!

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının növbəti pley-off oyunu baş tutub.

Sports.az xəbər verir ki, pley-offun 1/4 finalında "Xəzri" və "Sərhədçi" komandaları arasında seriyanın 3-cü oyunu keçirilib.

Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş "Xəzri" yekunda 91:70 hesablı qələbə qazanıb. "Xəzri" seriyada ümumi hesabda 2:1 hesablı qələbə qazanaraq yarımfinalda "NTD-İndiqo”nun rəqibi olub. Ən məhsuldar basketbolçular "Xəzri"də Ceremi Maklaflin (23 xal, 14 ribaund), "Sərhədçi"də Leon Cilmor (18 xal, 3 ribaund) olublar.

“NTD-İndiqo” və "Xəzri" arasında yarımfinal seriyasının ilk oyunu 8 mayda baş tutacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar