Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi keçirilir

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sports.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs ifadə verib.

Ç.Mehdiyev həyat yoldaşının əsassız iddiaları üzrə ittiham olunduğunu bildirib.

Onun sözlərinə görə, Arif Rəhimov "Formula1" yarışı üzrə məhsulların satın alınmasını Zaur Məlikaslanova tapşırıb:

"Lazımi məhsulların alınması üçün 90 milyon manat vəsait ayrılıb. Satınalma ilə bağlı növbəti iclasında ona bildiriblər ki, xüsusi məhsulların satın alınmasında ciddi çətinliklər mövcuddur. Məhsul çeşidlərinin çoxluğu, fərqliliyi, istehsalçıların müxtəlif ölkələrdə yerləşməsi, çoxlu sayda müqavilələr bağlanması təlabatının yaranması, onlara ilkin ödənişlərin edilməsi, bu məhsulların ölkəyə gətirilməsinin logistikasının vaxtında və düzgün təşkili, o cümlədən nümunələrin əldə edilməsi və Londondakı baş ofislə razılaşdırılması və yekun olaraq malların alınması çox böyük insan əməyi, vaxt və maliyyə tələb edirdi".

Qeyd edək ki, o, Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar