Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin oyunlarının tarixləri dəqiqləşib.

Sports.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunlar mayın 7, 8, 10 və 11-də keçiriləcək.

Yarımfinallarda iki qələbə qazanan klublar finala yüksələcəklər. Komandalar hərəyə bir qələbə qazanacağı təqdirdə, mayın 13-də seriyanın üçüncü oyunları baş tutacaq.

7 may
19:30. "Sabah" - "Xırdalan"

8 may
19:30. "NTD-İndiqo" - "Xəzri"

10 may
19:30. "Xırdalan" - "Sabah"

11 may
19.30. "Xəzri" - "NTD-İndiqo"

Qarşılaşamalar "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar