AVF rəhbərliyi Antalya milli üzvləri ilə görüşdü

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov və vitse-prezident Bəhruz Quliyev voleybol üzrə qadınlar və kişilər arasında CEV Çempionlar Liqasının final qarşılaşmalarını izləmək üçün Türkiyənin Antalya şəhərinə səfər ediblər. 

Sports.az xəbər verir ki, AVF rəhbərliyi burada təlim-məşq toplanışında olan çimərlik voleybolçularımızla da görüşüb. 

Şahin Bağırova təlim-məşq toplanışı haqqında məlumat verilib. Federasiya prezidenti voleybolçulara məşqlərdə və qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Federasiya rəhbərliyi daha sonra voleybolçularla birgə Antalya Spor Salonunda keçirilən “Super Finallar”ı izləyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar