Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin qalibi məlum olub

UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə fakültələr arasında keçirilən futzal turnirinə yekun vurulub.

Sports.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərhum prezident Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan yarışın final qarşılaşmasında Metallurgiya və Materialşünaslıq fakültəsinin komandası Maşınqayırma və Robototexnika fakültəsinin kollektivini 3:2 hesabı ilə məğlub edib.

Çempion komanda AFFA tərəfindən kubokla mükafatlandırılıb. Kuboku AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Azərbaycan Texniki Universitetinin rəsmi şəxsləri birlikdə təqdim ediblər.

Həmçinin turnirdə ilk üç yerin sahiblərinə müvafiq medallar təqdim olunub, fərqlənən oyunçulara müxtəlif nominasiyalar üzrə mükafatlar verilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar