Millimiz çıxışını başa vurdu

Azərbaycanın 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsində çıxışını başa vurub.

Sports.az xəbər verir ki, yığma D qrupunda İspaniya ilə matça çıxmaqdan imtina edib.

Beləliklə, komanda turnirlə vidalaşıb.

Ötən gün "Bordo" klubuna 9:17 hesabı ilə uduzan kollektiv qrupda sonuncu yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçını iyulun 30-da İspaniyaya qarşı keçirəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar