Digər
Azərbaycanın daha bir atleti Paralimpiya Oyunlarında iştirak edəcək
12.07.2024 | 14:30
Azərbaycanın daha bir atleti Paris Yay Paralimpiya Oyunlarında iştirak edəcək.
Sports.az Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətinə istinadən xəbər verir ki, paraatlet Rüfət Rəfiyev Paris-2024-də mübarizə aparacaq.
Yüksək idman nəticələri nəzərə alınaraq Dünya Atletika Federasiyası tərəfindən ona lisenziya verilib.
Bu, idmançının iştirak edəcəyi ikinci Paralimpiya Oyunları olacaq. Rəfiyev Rio-2016 Paralimpiadasında debüt edib.
Paris Yay Paralimpiya Oyunları avqustun 28-də start götürəcək.