“Baku Flames” məğlubiyyətlə başladı

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsinə start verilib.

Sports.az xəbər verir ki, turnirin açılış oyununda Azərbaycan təmsilçisi "Baku Flames" Niderland millisi ilə qarşılaşıb.

Matç rəqibin 21:4 hesablı qələbəsi ilə yekunlaşıb. Bakı klubunun növbəti rəqibi Çinin U-24 yığması olacaq. Qarşılaşma saat 18:10-da start götürəcək.

Yarışda 8 kollektiv 2 qrupda çıxış edir. A qrupunda Azərbaycan təmsilçisi "Baku Flames", Avstraliya, Niderland və Çinin U-24 milliləruəi mübarizə aparır. B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar