AÇ: Millimiz bu gün Ermənistanla qarşılaşacaq

Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxacaq.

Sports.az xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 19-cu yer uğrunda oyunda Ermənistanla qarşılaşacaq.

Rumıniyadakı "Piteşti Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə İsveçrəyə 40:101 hesabı ilə uduzub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar