Millimiz Ermənistana uduzdu

Pitestidə (Rumıniya) basketbol üzrə gənclər arasında Avropa çempionatı, B divizionunun (U-20) oyunları başa çatıb. 

Sports.az xəbər verir ki, çempionatın son günündə Azərbaycanın kişilərdən ibarət yığması Ermənistan komandası ilə 19-cu yer uğrunda görüş keçirib.

Millimiz bu oyunda 61:71 hesabı ilə uduzub. 

Bundan əvvəl komandamız beş oyunun hamısında uduzmuşdu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar