Digər
Azərbaycan badmintonçusu Parisdəki ilk görüşündə qələbə qazandı
29.07.2024 | 23:15
Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sports.az xəbər verir ki, idmançımız E qrupunun ilk matçında avstriyalı Kollins Filimonla qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 2:0, (21:18, 21:11).
E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.