Azərbaycan üzgüçüsü Paris-2024-də 35-ci oldu

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Sports.az xəbər verir ki, idmançı 50 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifat mərhələsində çıxış edib.

O, öz qrupunda 8 iştirakçı arasında 26.76 saniyə göstərici ilə üçüncü olub.

Bütün qruplar üzrə çıxışların nəticələrinə əsasən Şeyxəlizadəxangah 35-ci yeri tutub.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar