“Finala çıxmaq üçün əlimdən gələni etdim” - Dominqes

Azərbaycanın boksçusu Alfonso Dominqes Paris-2024-də finala vəsiqə qazanması ilə bağlı fikirlərini bildirib.

Sports.az xəbər verir ki, boksçu qızıl medal qazanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb:

"Çox gərgin döyüş keçdi. Finaldan gözləntilərim qızıl medaldır. Əsasən "ikinci nömrə" ilə çıxış edən boksçuyam. İlk gündən məhz belə işləmişəm. Gözləyirəm ki, rəqib üzərimə gəlsin və zərbələrdən yayınım. Bu gün də belə etdim və qələbə qazandım. Şəxsi kateqoriyam 86 kq çəki dərəcəsidir. İndi döyüşdüyüm kateqoriyada yeniyəm. Paris-2024-də mənim yarışdığım kateqoriya olmadığına görə 92 kq çəki dərəcəsində döyüşürəm. Məsuliyyət var, əlimdən gələni edəcəm ki, finalda qızıl medal qazanım".

Dominqes yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla üzərində qələbə qazanmaqla finala yüksəlib. Həlledici qarşılaşma avqustun 9-da baş tutacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar