Stolüstü tennisçilər beynəlxalq toplanışa qatılıblar

Stolüstü tennisçilər Xədicə Babazadə və Vaqif Babayev məşqçi Gülnarə İbrahimovanın rəhbərliyi ilə Avropa Stolüstü Tennis İttifaqının beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

Sports.az xəbər verir ki, Latviyanın paytaxtı Riqada təşkil olunan toplanışa qitənin istedadlı yeniyetmə stolüstü tennisçiləri dəvət alıblar.

“Prospektus – Eurotalents Selection Camp” seçim xarakteri daşıyır. İdmançılar avqustun 3-də başlanıb, 10-dək davam edəcək toplanışın sonunda keçirilən turnirdə də bacarıqlarını göstərəcəklər. 

Fərqlənən stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşqlərə vəsiqə qazanacaqlar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar