AMADA Voleybol Federasiyası üçün seminar təşkil etdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Voleybol Federasiyası üçün antidopinq maarifləndirmə seminarı təşkil edib.

Sports.az xəbər verir ki, iştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı və onun tərtib olunma meyarları, turnir vaxtı və yarışdan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib.

Əvvəlcə sorğuda iştirak edən idmançılar maarifləndirmə seminarından sonra da öz biliklərini yoxlayıblar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar