“Dubay” basketbol klubunun baş idarəçisi layihə haqda danışdı

“Dubay” basketbol klubunun baş idarəçisi Deyan Kamenyaşeviç Dubayda basketbol layihəsinin inkişafı ilə bağlı fikirlərini paylaşıb.

Sports.az xəbər verir ki, Kamenyaşeviç klubun xüsusən PSJ və ya “Mançester Siti” kimi aparıcı futbol klublarının modellərini təqlid etməyə çalışmayaraq özünəməxsus inkişaf yolu seçdiyini vurğulayıb.

“Bu layihə müstəsnadır. Avroliqadan və ya Adriatik Liqasından komanda almaq üçün çoxlu imkanlarımız oldu, amma bunu etmədik.

Biz futbolda PSJ və ya “Mançester Siti” kimi olmaq istəmirik. Dubayda basketbol liqasını yarada və ən yaxşı oyunçuları cəlb edə bilərdik, məsələn, Səudiyyə Ərəbistanının futbolda etdiyi kimi, amma biz fərqli yol seçdik”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar