“Quba”nın baş məşqçisi müəyyənləşdi

Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında çıxış edəcək "Quba" klubunun baş məşqçisi müəyyənləşib.

Sports.az xəbər verir ki, komandanı Şəhriyar Əsgərov çalışdıracaq.

Ötən mövsüm "Cəlilabad" adı altında çıxış edən komandanın məşqçilər korpusu və əksər oyunçuları da məhz "Quba"da olacaq. Zaur Paşayev oynayan məşqçi funksiyasını yerinə yetirəcək. Komandanın kapitanı isə Fikrət Paşayevdir.

Bölgə təmsilçisi ev oyunlarını Quba Olimpiya İdman Kompleksində keçirəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar