“Lənkəran” yeni transferini reallaşdırıb

Azərbaycan Baketbol Liqasının debütantı "Lənkəran" yeni transferini reallaşdırıb.

Sports.az xəbər verir ki, cənub təmsilçisi heyətini ABŞ-li oyunçu Qreqorq Milton ilə gücləndirib.

190 sm boya malik Milton universal basketbolçu sayılır. O, həm müdafiəçi, həm hücumçu, həm də oyunqurucusu mövqeyində çıxış edə bilir.

24 yaşlı oyunçu karyerası ərzində Lüksemburqun “AB Contern” və Meksikanın “Frayles” klublarının formasını geyinib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar