Digər
Azərbaycan gimnastı Balkan Kubokunda qızıl medal qazanıb
28.09.2024 | 11:30
Azərbaycanın bədii gimnastı Şəms Ağahüseynova Monteneqronun Budva şəhərində keçirilən Balkan Kubokunda qızıl medal qazanıb.
Sports.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Milli üzvü top, lent və çoxnövçülük proqramları üzrə birinci yerin sahibi olub.
Yarışa sentyabrın 29-da yekun vurulacaq.