Federasiyanın kollektivi milli üzvləri və baş məşqçisi ilə görüşüb

Federasiyanın kollektivi milli üzvləri və baş məşqçisi ilə görüşüb

Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) kollektivi millinin baş məşqçisi Natiq Fazilov, idmançılar Fatimə Hüseynli və Məhəmmədəli Əliyevlə görüşüb.

Sports.az xəbər verir ki, qurum üzvləri ölkəmizi nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil edən hər iki idmançını əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcəkdə daha böyük uğurlar arzulayıblar.

Üç ildir oxatma ilə məşğul olan 17 yaşlı Fatimə Hüseynli müxtəlif illərdə keçirilən yarışlarda 14 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıb. O, bu ilin aprelində gənclər arasında Avropa Kubokunda ikinci olmaqla Avropadan Azərbaycana ilk medalı gətirib. İdmançı avqustda keçirilən ölkə çempionatında da mükafatçılar sırasında yer alıb.

Dördqat respublika çempionu olan M.Əliyev Antalyada baş tutan Dünya Kubokunda 661 xalla Azərbaycan rekordunu təzələyib.

M.Əliyev və F.Hüseynli Gürcüstan və Tacikistanda keçirilən beynəlxalq turnirlərdə də milli komandaya uğur qazandırıblar. Belə ki, onlar komanda yarışında müvafiq olaraq gümüş və bürünc medala yiyələnməklə dünya oxatanları arasında reytinq qazana biliblər.

Son xəbərlər
“Qalatasaray” “Ayaks”ı darmadağın etdi, “Barselona” xal itirdi
“Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - Qurban Qurbanov
“Bizim üçün çox çətin gecə oldu” – Mareska
AFFA prezidenti “Qarabağ”ı təbrik etdi
“Qarabağ”dan “Çelsi” ilə məhsuldar heç-heçə!
“Abşeron Lions” FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı
“Fiorentina” keçmiş baş məşqçisi kluba qaytara bilər
Kadi sıradan çıxdı
“Arsenal” hücumçusu ilə yeni müqavilə barədə razılığa gəldi
Rafinya cari mövsümdə “Barselona”dakı hədəfini açıqladı
Rüdiger yaşıl meydanlara qayıtmaq intizarındadır
Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəldi
De Rossi məşqçilik fəaliyyətini bərpa edə bilər
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
“Liverpul” “Fulhem”in braziliyalı hücumçusunu gözaltı etdi
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar